Türk xalq musiqisinin mahir ifaçılarından olan Muazzez Abacı Amerikadakı evində infarkt keçirib.
Ölkə.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə onun meneceri Taner Budak sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, xəstəxanaya yerləşdirilən sənətçinin ürək damarına stent taxılıb. 77 yaşlı Abacı hazırda palatada müalicəsini davam etdirir.