RU

Naxçıvanda özünüməşğulluq proqramı üzrə daha 50-dən çox şəxsə kiçik bizneslərini qurmaları üçün aktivlər verilib  

Naxçıvanda özünüməşğulluq proqram çərçivəsində qurulmuş təsərrüfata və əməyin mühafizəsi sahəsində nümunəvi müəssisəyə baxış keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan şəhərində özünüməşğulluq proqramı çərçivəsində daha 50-dən çox şəxsə kənd təsərrüfatı və xidmət sahələri üzrə kiçik ailə bizneslərini yaratmaları üçün mal və materiallar formasında aktivlər təqdim edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə aktivlərin təqdim olunması tədbirində iştirak ediblər.

Onlar aktivlərlə təmin edilən özünüməşğulluq proqramı iştirakçıları ilə görüşüb, həmin vətəndaşların verilmiş aktivlər hesabına quracaqları kiçik ailə təsərrüfatlarına dair planları ilə maraqlanıblar.

Anar Əliyev və Fərid Bağırzadə özünüməşğulluq proqramının dəstəyi ilə Naxçıvan şəhər sakini, əlilliyi olan şəxs Elbəyi İqbal oğlu İsmayılov üçün avtomobil şinlərinin bərpası və təmiri üzrə qurulmuş kiçik təsərrüfata baxış keçiriblər.

Proqram iştirakçısı işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, ötən dövrdə Naxçıvan Muxtar Respublikasında özünüməşğulluq proqramı çərçivəsində 3 min 200-dən çox şəxs üçün kiçik ailə təsərrüfatları qurulub.

Əməyin mühafizəsi sahəsində nümunəvi müəssisələrdən biri - “Cahan Holdinq”ə daxil olan ENNA şirkətində yaradılmış sağlam və təhlükəsiz əmək şəraitinə də baxış keçirilib.

Избранный
19
4
azerbaijan-news.az

5Источники