ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Mərdəkan qalasının bərpa işləri ilə bağlı layihə həyata keçirəcək.
BAKU.WS xəbər verir ki, bunu "Report"a müsahibəsində TİKA-nın sədri Abdullah Eren deyib.
O bildirib ki, oktyabrın 29-u Mərdəkan qəsəbəsini ziyarət ediblər:
"Orada Şirvanşahlar dövründən qalan böyük Mərdəkan qalası var. TİKA həmin qalada bərpa işləri ilə bağlı layihə həyata keçirəcək. Ümumilikdə TİKA-nın indiyədək Azərbaycanda həyata keçirdiyi layihələrin maliyyə dəyəri təxminən 50 milyon dollar olub".
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.