RU

Pit Heqset Donald Trampın nüvə silahlarının sınaqlarını dərhal başlamaq barədə tapşırığını şərh etdi

"ABŞ-nin nüvə sınaqlarını bərpa etməsi münaqişənin nüvə silahının tətbiqi ilə başlanması ehtimalını minimuma endirə bilər".

Sitat.info Oxu.az-a əsasən xəbər verir ki, bu fikri Pentaqonun rəhbəri Pit Heqset Kuala-Lumpurda ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) ölkələrinin hərbi idarələrinin rəhbərlərinin müşavirəsinin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.

O, ABŞ lideri Donald Trampın nüvə silahlarının sınaqlarını dərhal başlamaq barədə tapşırığını şərh edərkən bildirib ki, onun başçılıq etdiyi idarə ölkənin nüvə hərbi kompleksinə nəzarət edən Energetika Nazirliyi ilə birgə işləyəcək.

"Prezident aydın şəkildə bildirdi ki, bizə etibarlı nüvə çəkindirmə vasitəsi lazımdır. Bu, çəkindirmənin təməlidir. Bunu başa düşmək və sınaqları bərpa etmək problemə çox məsuliyyətli yanaşmadır. Düşünürəm ki, siz hansı arsenala sahib olduğunuzu bilirsinizsə, onun düzgün çalışdığına əminsinizsə, onda nüvə münaqişəsi ehtimalı da azalır", - deyə nazir bildirib.

Hərbi nazirin fikrincə, ABŞ-nin güclü nüvə arsenalı Birləşmiş Ştatların sülhü güclü olmaq hesabına təmin etməsinə imkan verəcək.

"Biz Çin və ya hər hansı başqa bir ölkə ilə münaqişə axtarmırıq. Məncə, nə qədər güclü olsaq, ittifaqlarımız nə qədər güclü olsa, regionda və bütün dünyada müttəfiqlərlə nə qədər çox əməkdaşlıq etsək, nüvə münaqişəsi ehtimalı bir o qədər azalacaq", - deyə Heqset əlavə edib.

Избранный
23
sitat.info

1Источники