RU

“Böyük Qayıdışa aparan yollar” sərgi-təqdimatı keçirilib - FOTOLAR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Böyük Qayıdışa aparan yollar” adlı sərgi-təqdimat keçirilib.

QHT.az xəbər verir ki, tədbir barədə məlumat verən “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov bildirib ki, sərgi İctimai Şura üzvlərinin iştirakı ilə baş tutub və böyük maraqla qarşılanıb.

"Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Fotoqrafları Birliyinin fəxri üzvü, tanınmış fotojurnalist Rafiq Bağırovun müxtəlif illərdə çəkdiyi fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar. Fotoşəkillərdə, əsasən, Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu dövründəki fəaliyyəti, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri əks olunub".

Qeyd edilib ki, sərgidə nümayiş olunan bəzi fotoşəkillər ilk dəfə ictimaiyyətə təqdim olunub.

Избранный
27
qht.az

1Источники