ain.az bildirir, Demokrat.az portalına istinadən.
“Ölkəyə gələn turistlərin böyük hissəsi fərqli coğrafi regionlardan, əsasən Rusiya, Körfəz ölkələri və digər ölkələrdən olur.Buna baxmayaraq, regionlardan gələn turistlərin sayı azalmaqdadır”.Bunu turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bu regionlarda gedən münaqişə və müharibələr gələn turistlərin sayına ciddi mənfi təsir göstərir:“Məsələn, 2025-ci ilin ilk 4 ayında Körfəz ölkələrindən gələn turistlərin sayı 3.4 % azalıb. Eyni ilə Rusiyada mütəmadi müharibəyə səfərbərliklər və ölkə vətəndaşlarının kənara çıxmasında məhdudiyyətlər turist qabiliyyətliliyini aşağı salır. Bu da ümumi axına təsir edir. Turistlərin seçimində xidmət səviyyəsi, yerləşmə və iaşə xərcləri, “turizm məhsulu”nun keyfiyyəti mühüm rol oynayır. Azərbaycanda bu istiqamətdə çatışmazlıqlar da təsir edir. Qiymətlər yüksək ola bilər, bölgələrdə xidmət səviyyəsi istənilən səviyyədə deyil. Hotellerin qiymətlərinin baha olması bir çox mərkəzlərdə göstərilən xidmətlərin müasir standartlara cavab verməməsini aid etmək olar. Qeyd etmək lazımdır ki statistik olaraq tam azalma deyil, bəzi dövrlərdə artım da qeydə alınıb. Yəni azalma termini konkret regionlar və dövrlər üçün keçərlidir”. Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.