RU

Fintex şirkətləri ilə banklar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Azərbaycan Fintex Assosiasiyasının (Azfina) nümayəndələri ilə görüşüb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı 2025-ci ilin üçüncü rübü üzrə fintex ekosistemində müşahidə olunan meyllər və sektorun inkişaf prioritetləri müzakirə olunub. Daha sonra Mərkəzi Bankın rəqəmsal ödəniş infrastrukturunun əhatə dairəsinin genişləndirilməsi, o cümlədən fintex sektorunda dayanıqlı inkişafın dəstəklənməsi və rəqəmsal innovasiyaları təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslər iştirakçıların diqqətinə çatdırılıb.

Görüşdə, həmçinin fintex şirkətləri ilə banklar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair ətraflı fikir mübadilə aparılıb.

Избранный
2
3
azertag.az

5Источники