Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu 1 ədəd 7 oturacaqlı avtonəqliyyat vasitəsinin satın alınması üçün tender elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ehtimal olunan qiymət 203 000,00 AZN təşkil edir.
Alınacaq nəqliyyat vasitəsinin texniki göstəriciləri və komfort imkanları aşağıdakılardır: mühərrik həcmi 3445 cm³, 6 silindr, 10A/T transmissiya, yanacaq növü benzindir və yanacaq çəni 80 L + əlavə 30 L təşkil edir. Maksimal gücü 415 a.g, maksimal sürəti 210 km/s, klirensi 235 mm, təkər bazası 2850 mm, ölçüləri 5005/1980/1950 mm, net ağırlığı 2500/2560 kg və ümumi ağırlığı 3230 kg-dir.
Avtomobil Avro 5 ekoloji standartına cavab verir, LED işıqlar, arxa görüntü monitoru, parkinq sistemi, simsiz enerji yükləyici, multimedia sistemi, JBL audio sistemi, adaptiv asqı, ABS və təhlükəsizlik hava yastıqları ilə təchiz olunub. Komfort və idarəetmə xüsusiyyətlərinə sükan çarxı vibrasiyalı, oturacaq qızdırıcısı və havalandırma, 4 zonalı kondisioner, kruiz kontrol, blind spot monitor və RCTA sistemi daxildir.
Qeyd edək ki, tender bir ədəd avtonəqliyyat vasitəsini əhatə edir.
Xatırladaq ki, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun direktoru Rüstəm Bağırovdur.