Türkiyədə yanğın- 78 nəfər öldü, 11 nəfər ömürlük həbs edildi
Ajans.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Cəza verilənlər arasında faciənin baş verdiyi hotelin sahibi də var. Xatırladaq ki, yanvarın 21-də baş verən yanğında çoxu uşaq olmaqla 78 nəfər ölüb, 130-dan çox insan yaralanıb. Yanğın zamanı hoteldə 238 qonaq olub.