RU

Badalyan: Kreml Paşinyanı devirmək istəmir

BAKI, 31 oktyabr. TELEQRAF

“Rusiya Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəmir. İndi yox, çoxdan bu fikirdəyəm”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan bildirib.

O qeyd edib ki, Rusiya deyəndə hakimiyyətin siyasi qərarların qəbulu çərçivəsini nəzərdə tutur:

“Əlbəttə, hakimiyyətlər çoxqatlı olur, hər qatın da öz əhval-ruhiyyəsi. Ümumiyyətlə, monolit əhval-ruhiyyəli sistemlər yoxdur.

Mənim bu fikrimə cavab olaraq tez-tez gündəmə gətirilən “əks arqumentlər”dən biri odur ki, əgər Rusiya Ermənistanda rejim dəyişikliyi etməyi qarşısına məqsəd qoymayıbsa, rusiyalı milyarder Samvel Karapetyan niyə Ermənistana gəlib siyasi proseslərdə iştirak etmək üçün müraciət edib? Sadə dillə desək, onu Kreml göndərib.

Heç düşünmüsünüzmü, bu fikri kim ardıcıl olaraq ictimai-siyasi mühitə daxil edib? Kim, ya kimlər? Xüsusən də ən çox suverenlik, müstəqillik, azadlıq və sairdən danışanlar (Ermənistan hökuməti). Bundan da ən çox faydalanan elə Kremlin özüdür. Çünki ən azı şüuraltı olaraq Kremlin təsiri qalır. Necə qalmağın fərqi yoxdur - müsbət və ya mənfi. Əsas odur ki, qalır”.

Избранный
44
teleqraf.com

1Источники