RU

78 nəfərin öldüyü yanğına görə 11 nəfərə ömürlük həbs verildi

Türkiyənin Bolu vilayətində, "Kartalkaya" xizək kurortunda yerləşən "Grand Kartal" hotelindəki yanğına görə təqsirləndirilən 32 nəfərdən 11-nə ömürlük həbs cəzası verilib.

Modern.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Cəza verilənlər arasında faciənin baş verdiyi hotelin sahibi də var.

Xatırladaq ki, yanvarın 21-də baş verən yanğında çoxu uşaq olmaqla 78 nəfər ölüb, 130-dan çox insan yaralanıb. Yanğın zamanı hoteldə 238 qonaq olub.

Избранный
11
1
modern.az

10Источники