RU

Ukrayna Rusiya ərazisində “Oreşnik” komplekslərindən birini məhv edib, detallar açıqlanıb - YENİLƏNİB

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk “Oreşnik” komplekslərindən birinin məhv edilməsinin detallarını açıqlayıb.

APA "Unian"a istinadən xəbər verir ki, Malyuk bunu uğurlu əməliyyat adlandırıb.

“Daha əvvəl bunu heç vaxt səsləndirməmişik. Ancaq deyə bilərik ki, üç “Oreşnik”dən biri Kapustin Yarda uğurla məhv edilib. Bu, çox uğurlu bir missiya idi. “Oreşnik”in məhvi yüz faizlik idi. Bu, çox uğurlu əməliyyat idi, bu barədə yalnız Ukrayna Prezidentinə məlumat verilib və digər ölkələrin bir neçə prezidenti də bilirdi. Bu, “Oreşnik” adının geniş ictimaiyyətdə heç kimin istifadə etmədiyi bir an idi. Və o dövrdə ruslar onunla təhdid etmirdilər. Səhv etmirəmsə, bu, keçən yaydan əvvəlki yay idi”, - Malyuk deyib.

Prezident Zelenski qeyd edib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın “Oreşnik”lə üç atış imkanı olub. Onlardan birini istifadə edib, digərini isə Ukrayna müdafiə qüvvələri məhv edib.

Eyni zamanda, Zelenski Rusiya Federasiyasının Belarus ərazisində "Oreşnik" yerləşdirməyi planlaşdırdığını qeyd edib. Onun sözlərinə görə, bu, Qərb tərəfdaşlarının diqqətinə çatdırılmalıdır:

"Biz başa düşürük ki, onların təxmini hərəkət radiusu 5500 kilometr təşkil edir. Və 700 kilometr ölü bir zona var. Yəni avropalılar, xüsusilə Şərqi Avropa və hamı buna diqqət yetirməlidir. Bu risklərə diqqəy etmək lazımdır”.

***

15:48

Kapustin Yarda “Oreşnik” komplekslərindən biri məhv edilib.

APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk bildirib.

Onun sözlərinə görə, “Oreşnik” kompleksi Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsinin qüvvələri tərəfindən məhv edilib.

Избранный
39
1
apa.az

7Источники