RU

"SOCAR Polymer" ixrac gəlirlərini 207 milyon dollara çatdırıb

Bu ilin yanvar-sentyabr aylarında "SOCAR Polymer" MMC xaricə 207 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 milyon dollar və ya 7,3% artım deməkdir.

Ötən ilin müvafiq dövründə şirkətin ixracatı 192,9 milyon dollar təşkil etmişdi.

Избранный
74
fed.az

1Источники