RU

Pay torpaqları ilə bağlı qanunda dəyişikliklərin edilməsi təklif olunur

Seçicilər müraciətlərdə pay torpağını bir neçə il dincə qoyandan sonra ərazinin kol-kosdan təmizlənməsi problemi ilə qarşılaşdlarını bildirirlər. Hətta mülkiyyətdəki torpaqda texniki yollarla ağac yetişdirib,onu kəsib istifadə etmək də olmaz.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Sədr müavini bildirib ki, mülkiyyət sahibi torpağında yetişdirdiyi ağacın böyüməsinə kifayət qədər zəhmət qoyur və onu gələcəkdə öz istəyinə uyğun istifadə etmək məqsədilə əkir. Həm də topraq sahibi mülkiyyətindəki torpağın üzərində yaşıllıq olub olmamasına baxmayaraq, bütün ərazisinin vergisini verir, amma ərazidən tam şəkildə istifadə edə bilmir:

Избранный
23
azpost.info

1Источники