RU

Azərbaycanda premium markalı benzinin qiymətinin... AÇIQLAMA

ain.az bildirir, Demokrat.az portalına istinadən.

“Azərbaycanda premium markalı benzini SOCAR-ın Neft Emalı Zavodunda az miqdarda istehsal edilir.  Bu, hazırda daxili tələbatı qarşılayacaq səviyyədə deyil”.Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.O əlavə edib ki,  premium benzin növləri əsasən xaricdən, dollarla idxal edilir:“Məhsul ölkədə manatda satıldığı üçün manatın məzənnəsinin sabit qalması qiymət dəyişikliklərinə təsir göstərmir. Qlobal bazarda neftin qiymətində ucuzlaşma olsa belə, bu, emal olunmuş məhsullara tam şəkildə yansımır. Bunun əsas səbəbi emal, daşınma və logistika xərclərinin azalmamasıdır. Bazar şəraitində rəqabətin zəif olması da qiymətlərin sabit qalmasına gətirib çıxarır. İdxalçılar bəzən məhsulu maya dəyərinə yaxın qiymətə satmalı olurlar. Lakin bazar mexanizmləri və dövlət tənzimləmələri qiymət artımına hər zaman imkan vermir. Avropa enerji bazarında 2024–2025-ci illərdə müəyyən sabitlik müşahidə olunsa da, sənaye və emal sektorlarında bu sabitlik tam oturuşmayıb. Nəticədə premium yanacaq qiymətləri qlobal miqyasda da sabit qalır. Azərbaycanda premium markalı benzinin qiymətinin ucuzlaşmaması yalnız dünya bazarındakı proseslərlə deyil, həm də daxili iqtisadi mexanizmlər, valyuta sabitliyi, logistika xərcləri və idxal riski ilə bağlıdır”.Leyla Turan 

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
demokrat.az

1Источники