Bakı.Trend:
Bakı Təşəbbüs Qrupu olaraq müstəmləkə əsarətində olan ərazilərinmüraciətlərinə baxaraq, araşdıraraq əməkdaşlığa başlayırıq.
Trend xəbərverir ki, bu fikirləri “Belçika Müstəmləkəçiliyi: Tanınma vəMəsuliyyət” adlı beynəlxalq konfransı çərçivəsində Bakı TəşəbbüsQrupunun İcraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasındadeyib.
O bildirib ki, Bakı Təşəbbüs Qrupu iki ildir fəaliyyətəbaşlayıb.
“Son bir ildə biz fəaliyyət istiqamətimizi genişləndirmişik.Dekabrda dekolonizasiya prosesinin mühüm hissəsi olan reparasiyamövzuları çərçivəsində beynəlxalq layihələr həyata keçirməyəbaşlamışıq”.
A.Abbasov vurğulayıb ki, Belçikanın 3 əsr ərzində törətdiyikolonial siyasət dünya ictimaiyyətinə kifayət qədər məlumdur.
“Lakin beynəlxalq təşkilatlar zəruri reaksiyanı göstərmirlər.Onlar reparasiya və konpensasiya ilə bağlı hər hansı diqqətçəkənmövzu müzakirə etmirlər. Biz beynəlxalq qeyri-hökumət təşkilatıolaraq bu mövzunu beynəlxalq təşkilatların gündəliyinə daşımağaçalışırıq”.
A.Abbasov əlavə edib ki, bir neçə il sonra reparasiya vəkonpensasiya ilə beynəlxalq təşkilatların reaksiyaları artacaq.