Bakı. Trend:
UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq"Qarabağ" - "Çelsi" qarşılaşmasına satılan biletlərin sayı bəlliolub.
Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmaya ümumilikdə 27250 bilet satılıb.
Qeyd edək ki,Tofiq Bəhramov adına Respublika stadionunda baştutacaq “Qarabağ” – “Çelsi” oyunu 21:45-də start götürəcək.