RU

Ölkənin sosial iqtisadi mənzərə si... Problemli kreditlərin həcmi böyüyür: İstehlak kreditləri hədəqədən çıxır

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Problemli kreditlərin məbləği həm də ölkədəki sosial-iqtisadi vəziyyətin real göstəricisi kimi qiymətləndirilə bilər. Əhalinin durumu yaxşı olsa, ildən-ilə banklardan asılılıq artmaz. Xüsusilə istehlak kreditlərinin həcminin sürətlə artması bizi reallıqla üz-üzə qoyur.

Bizimyol.info xəbər verir ki, 2025-ci ilin oktyabrın 1-nə olan məlumata görə, problemli kreditlərin ümumi həcmi 797 milyon manatı keçib. Keçən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz artım qeydə alınıb. Bu müddət ərzində qeyri-işlək kreditlərin məbləği 90 milyon manatdan çox yüksəlib. İş orasındadır ki, keçən ilin son üç ayında azalma olmuşdu. 2025-ci ilə 655,1 milyon manatlıq problemli kreditlərlə başlanılmışdı. Aşkar görünür ki, il ərzində vəziyyət çox mürəkkəbləşib.

Mərkəzi Bankın statistikasına əsaslansaq, problemli kreditlərin ümumi kredit portfelindəki payının 2,7 faiz olduğunu bildirməliyik. Yəni ayrılan hər 37 manatdan 1 manatı geri qayıtmır və ya xeyli gec ödənilir. Hərçənd, bankların ayrı-ayrılıqda açıqladığı statistika durumun daha pis olduğunu ortaya qoyur. Bankların rəqəmləri problemli kreditlərin ümumi həcminin 1 milyard manatı çoxdan aşdığını göstərir. Görünür, Mərkəzi Bank bəzi kredit istiqamətlərinin hələ iflic olmadığını düşünür və bunları siyahıda nəzərə almır. Statistikaya görə, problemli istehlak kreditlərinin həcmi 314 milyon manatı keçib. Keçən ilin eyni dövrü ilə müqayisədə 70,5 milyon manat fərq var.

Əvvəldə yazmışıq, istehlak kreditlərinə bu qədər müraciət əhalinin elementar qayğıların öhdəsindən gələ bilməməsinin göstəricisidir. İnsanlar 2-3 min manatlıq kreditlərlərlə hansısa kiçik problemini həll etməyə çalışır. Təsəvvür edin, bank müştəriləri belə aşağı məbləğləri də ödəyə bilmirlər. İstehlak kreditləri bu dərəcədə ciddi problemə çevrilməməlidir. Sosial vəziyyətin çox acınacaqlı olması burada özünü göstərib.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
47
bizimyol.info

1Источники