RU

Puqaçovanın nəvəsi boşandı, Rusiyaya döndü

Alla Puqaçovanın nəvəsi Nikita Presnyakov həyat yoldaşından boşanıb.
 
7News.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Alena Krasnova ilə 2017-ci ildə nikah masasına əyləşmişdi.
 
O, boşandıqdan sonra ABŞ-dan Rusiyaya qayıdıb.
 
Xatırladaq ki, cütlüyün toyu 2017-ci ildə Moskva yaxınlığındakı Javoronki tədbir zalında 150 ​​qonağın iştirakı baş tutmuşdu. Toyda Nikitanın məşhur valideynləri Kristina Orbakaite və Vladimir Presnyakov, əfsanəvi nənəsi Alla Puqaçova, əri Maksim Qalkin və uşaqları Liza və Harri də iştirak etmişdilər. Həmçinin gecəyə Filip Kirkorov, Aleksandr Buynov, Yudaşkin ailəsi və Dmitri Koldun da dəvət olunmuşdu.
 

Избранный
61
7news.az

1Источники