RU

“Hələ 100% formada deyiləm, amma qalib gəlmək əladır”

Dünyanın ikinci raketkası Yannik Sinner Paris “Masters”ində 1/4 final öncəsi fiziki durumundan danışıb.

90deqiqe.Az xəbər verir ki, "Punto de Break" təcrübəli tennisçinin dediklərini belə çatdırıb.

“Əlimdən gələni edirəm, amma hələ tam formada deyiləm. Bu gün oyun daha az fiziki gərgin idi, bu mənim üçün yaxşı xəbərdir. İki setdə və qısa müddətdə qalib gəlməkdən məmnunam”

Qeyd edək ki, italiyalı tennisçi 1/8 finalda argentinalı Fransisko Serundolonu 7:5, 6:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Onun növbəti rəqibi amerikalı Ben Şelton olacaq.

Sinner və Şeltonun şəxsi görüşlərində hesab 6:1 nisbətində italiyalının xeyrinədir. Onlar bu mövsüm həm Uimbldon, həm də Australian Open turnirlərində qarşılaşıb və hər iki dəfə qalib Sinner olub.

Избранный
36
90deqiqe.az

1Источники