RU

Diddi yeni islah müəssisəsinə köçürüldü

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Məşhur reper və prodüser Şon Kombs (P. Diddi) yeni islah müəssisəsinə köçürülüb.

Axşam.az xəbər verir ki, o, Nyu-Yorkdakı istintaq təcridxanasında bıçaqlı hücuma məruz qaldıqdan sonra Nyu-Cersi ştatındakı federal həbsxanaya köçürülüb və narkotik müalicəsi proqramına yazılıb.

4 il 2 ay müddətinə azadlıqdan məhrum edilən Diddi cəzasının qalan hissəsini burada çəkəcək.

Qeyd edək ki, reper ötən ilin sentyabrında zorakılıq və insan alveri ittihamı ilə həbs olunub. İttiham aktına əsasən, o, qonaqlara qadağan olunmuş maddələr payladığı və onları seks sənayesi işçiləri ilə cinsi əlaqəyə məcbur etdiyi əyləncə gecələri təşkil edib.

Onun vəkili Entoni Rikko 2024-cü ilin fevralında işi müdafiə etməkdən imtina edib.

Bu ilin iyul ayında məhkəmə Kombsu təqsirli bilib və onu 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Daha sonra ABŞ Prezidenti Donald Tramp bildirib ki, reper ondan əfv istəyib. Tramp məsələni nəzərdən keçirməyə hazır olduğunu desə də, hələ qərar vermədiyini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
1
axsam.az

4Источники