RU

Almaniyalı nazirdən açıqlama: “Burada insan yaşaya bilməz”

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Suriyaya etdiyi səfərdə ölkədəki dağıntının miqyasını “insan kimi yaşamaq mümkün deyil” sözləri ilə ifadə edib.

"Cebheinfo.az" xəbər verir ki, nazir Vadeful Şam yaxınlığındakı Harasta bölgəsini ziyarət edərək dağıntıları yerində görüb və “Burada demək olar ki, heç kim insan kimi yaşaya bilməz” deyib.

Bu miqyasda bir dağıntını daha əvvəl heç vaxt görmədiyini bildirən Vadeful, Suriyalı qaçqınların yaxın zamanda ölkələrinə qayıtmasının mümkün olmadığını vurğulayıb.

Almaniyada yaşayan suriyalıların öz gələcəkləri barədə sərbəst qərar verə biləcəklərini deyən nazir, “Bizimlə qalmağı seçən və cəmiyyətimizə inteqrasiya olan hər kəs məmnuniyyətlə qarşılanacaq” ifadəsini işlədib.

Nazir Vadeful Suriyanın keçid dövrü Prezidenti Əhməd Şaraa ilə keçirdiyi görüşdə ölkənin sürətli şəkildə yenidən qurulması üçün beynəlxalq dəstək çağırışı edib.Avropanın bu məsələdə xüsusi məsuliyyət daşıdığını vurğulayan Vadeful, Almaniyanın bu prosesdə aparıcı rol oynayacağını bildirib.

Berlin hökuməti Suriya, Livan və İordaniyaya ümumilikdə 52 milyon 600 min avro əlavə yardım ayıracaq.Bu məbləğin 39 milyon 400 min avrosu Suriyaya, 5 milyon 250 min avrosu Livana, 8 milyon avrosu isə İordaniyaya yönəldiləcək. Yardımların əsasən ərzaq, sığınacaq və səhiyyə sahələrində istifadə olunacağı açıqlanıb.

Əhməd Şaraa isə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “Gələcəyin İnvestisiya Təşəbbüsü” konfransında çıxışı zamanı, Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkəyə 28 milyard dollar xarici sərmayə daxil olduğunu bildirib.

Lakin Dünya Bankının hesablamalarına görə, Suriyanın tam şəkildə yenidən qurulması üçün lazım olan ümumi vəsait 216 milyard dolları keçə bilər.

Uzun illər davam edən müharibədən sonra ölkədəki infrastruktur, səhiyyə sistemi və yaşayış binalarının böyük hissəsi istifadəyə yararsız vəziyyətdədir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
1
cebheinfo.az

2Источники