RU

Bu marşrutun hərəkət sxemi dəyişdirilir

Bakı. Trend:

Sumqayıt şəhəri və Saray qəsəbəsini Bakı Beynəlxalq AvtovağzalKompleksi ilə əlaqələndirən 503 nömrəli müntəzəm marşrutun hərəkətsxemi dəyişdirilir.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindənməlumat verilib.

"Sərnişin axını nəzərə alınaraq noyabrın 1-dən 503 nömrəlimarşrut avtobusları Sumqayıt şəhərini “20 Yanvar” metrostansiyasıilə əlaqələndirəcək. Başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyevküçəsindən götürən marşrutun son dayanacaq məntəqəsi paytaxtınSeyid Cəfər Pişəvari küçəsidir.

Marşrut üzrə müasir və ekoloji təmiz avtobusların sayı sərnişintəlabatına uyğun olaraq artırılacaq. Beləliklə, marşrut xəttində 21avtobus 8-9 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.Marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyatakeçirilir. Gedişhaqqı 0.80 AZN təşkil edir", - deyə məlumatda qeydolunub.

Məqalədə:
Избранный
24
12
az.trend.az

10Источники