RU

Bloomberg: “Tramp risk etməyib”

AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin dərc etdiyi materialda belə ehtimal irəli sürülür.

“Əgər Tramp Si ilə Rusiya neftinin qiymətləri məsələsini qaldırmırsa, bu, bütün sanksiyalar konsepsiyasını sarsıdacaq. Beləliklə də, Rusiya neftinin ən böyük alıcılarından birini nəzərə almayan Vaşinqtonun Moskvaya qarşı sərt davrandığını demək olmaz”, - agentlik “Obsidian Risk Advisors” konsaltinq şirkətinin sanksiyalar üzrə eksperti Brett Eriksondan sitat gətirir.

ABŞ Rusiyaya qarşı böyük sanksiya paketi qəbul edib
Anti-Rusiya sanksiyalar siyasətindən imtina etməklə yanaşı, Trampın Si Cinpinlə görüşündə Rusiya neftinin tədarükü məsələsinə toxunmaması Vaşinqtonun Pekinlə sabit münasibətlərin qurulmasına diqqət yetirmək istəyindən xəbər verə bilər.

Agentliyin fikrincə, bu, ABŞ və Çin arasında uğurlu ticarət sazişinin bağlanmasına töhfə verə bilər.

Daha əvvəl Donald Tramp Cənubi Koreyanın Pusan şəhərində Si Cinpinlə danışıqlar zamanı Rusiya neftinin tədarükü məsələsinin gündəmə gəlmədiyini açıqlamışdı.

Xatırladaq ki, oktyabrın 22-də ABŞ-nin Maliyyə nazirliyi “Rosneft”, “Lukoyl” və onların 34 törəmə şirkətlərini noyabrın 21-də tam qüvvəyə minəcək yeni anti-Rusiya sanksiyalar paketinə əlavə etdiyini bildirib.

Maraqlıdır ki, bundan sonra ABŞ-yə səfər edən Vladimir Putinin xüsusi nümayəndəsiKirill Dmitriyev Vaşinqtonun köməyi ilə Rusiya və Ukraynanın diplomatik yollarla hərbi münaqişəyə son qoymağa yaxın olduqlarını deyib.

Sahil İsgəndərov
AzVision.az
Избранный
19
1
azvision.az

2Источники