RU

Pol Poqba qayıdır: Ulduz futbolçu sabah Paris ə qarşı oynaya bilər

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Məşhur futbolçu Pol Poqba "Monako"nun heyətində Fransa çempionatının sabah "Paris"lə oyununda meydana çıxa bilər.

Oxu.Az "Footmercato" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Monako"nun baş məşqçisi Sebastyen Pokonynoli məlumat verib.

"Polun yenidən heyətə qayıtmaq şansı var. Qarşıda bizim daha bir ağır məşqimiz var və o, hazırlıqlardan problemsiz keçərsə, hər şey plan üzrə davam edəcək", - deyə Pokonynoli bildirib.

Xatırladaq ki, Poqba bu yay "Yuventus"dan ayrıldıqdan sonra azad agent kimi "Monako"ya keçib. O, əvvəllər antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunub və 2023-cü ilin sentyabrından bəri meydana çıxmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
2
oxu.az

3Источники