"Liverpul"un ötən həftə zədələnən futbolçusu Ceremi Frimponq bir müddət komandasına kömək edə bilməyəcək.
QOL.az "Daily Mail"ə istinadən xəbər verir ki, niderlandlı müdafiəçi 5-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
24 yaşlı holland futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayntraxt”la səfər oyununda (5:1) ayaq əzələsindən xəsarət almışdı.
Frimponq Premyer Liqada “Aston Villa”, “Mançester Siti”, “Nottingem Forest”, “Vest Hem”, Çempionlar Liqasında isə “Real” ivə PSV-yə qarşı keçiriləcək oyunları buraxacaq.
Qeyd edək ki, Frimponq Mersisayd təmsilçisinə mövsümün əvvəlində “Bayer”dən 40 milyon avroya transfer olunub. O, komanda ilə 9 oyuna çıxaraq 1 qol vurub.