RU

İlqar Hüseynli: “Qərbi Azərbaycan məsələsinə kompleks və hüquqi əsasda yanaşmaq lazımdır”

Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbirində çıxış edən Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Qərbi Azərbaycana qayıdışın milli və beynəlxalq aspektlərinə toxunub.

QHT sədri bildirib ki, Qərbi Azərbaycan mövzusu təkcə tarixi məsələ deyil, həm elmi, həm də mədəni baxımdan kompleks bir hadisədir:

“Qərbi Azərbaycana qayıdış böyük bir hadisədir. Bu məsələyə həm elmi, həm də mədəni yanaşmaq lazımdır. Zamanla Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı deportasiya, soyqırımı baş verib, nəticədə tarixi-mədəni irsimiz demək olar ki, silinib. Bu istiqamətdə aparılan işlər sistemli və kompleks olmalıdır.”

İlqar Hüseynli qeyd edib ki, QHT-lər bu prosesdə beynəlxalq səviyyədə fəaliyyət göstərməli, hüquqi əsaslı mövqelərini gücləndirməlidirlər:

“Bizə keyfiyyətli, elmi əsaslı sənədlər lazımdır. Oxuduğum konsepsiya beynəlxalq hüquq prinsiplərinə və insan hüquqları baxımından yaxşı hazırlanıb. Qərbi Azərbaycan icması və QHT-lər bu istiqamətdə ciddi əməkdaşlıq etməlidirlər. Harada layihə varsa, orada iştirak edib öz töhfələrini verməlidirlər.”

 

Qeyd edək ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.

Избранный
14
qht.az

1Источники