Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu gün dünyanın müxtəlif ölkələrində “Halloween” qeyd olunur. Bu bayram həm xristian, həm də müsəlman ölkələrində gənclər arasında kifayət qədər populyardır.
“Qafqazinfo” İran mediasına istinadən xəbər verir ki, ölkənin rəsmi qurumları hələ bir neçə gün əvvəl ictimai yerlərə - kafe, restoran və əyləncə məkanlarına “Halloween”lə bağlı tədbirlər, satışlar həyata keçirməmək barədə göstəriş verib.
Tələbdə bu addımın “mədəni, dini və sosial dəyərlərin qorunması” məqsədilə atıldığı qeyd olunub.
Məlumatda bildirilib ki, qaydanı pozanlara qarşı hüquqi tədbirlər görüləcək, o cümlədən tələblərə əməl etməyən obyektlər bağlanacaq.
Bununla belə, sosial şəbəkələrdə İranda, xüsusilə də paytaxt Tehranda fəaliyyət göstərən kafe və restoranların “Halloween”lə bağlı təklif etdiyi xüsusi menyu və əyləncələrin reklamı yayılıb.
Eyni zamanda, sosial şəbəkələrdə gənclərin İranda “Halloween”ə hazırlaşmasını əks etdirən, Tehranda çəkildiyi deyilən fotolar paylaşılıb.
Həmin görüntüləri təqdim edirik:







Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
