RU

"Neftçi"dən ayrılır, yeni klubu bilindi - Rza Cəfərovla bağlı SON DURUM

"Neftçi"nin qapıçısı Rza Cəfərov ehtiyatda qaldığı üçün komandadan ayrılmaq istəyir.

Sportal.az "idmanxeber.az"a istinadən xəbər verir ki, nəhayət, millimizin üzvü istəyinə çatır. Əldə etdiyimiz məlumata görə, Cəfərov yanvarda “Neftçi”dən ayrılacaq. Onun yeni komandası da bəllidir.

Oyunçu “Kəpəz”lə anlaşıb. Tərəflər arasında uzun müddətdir danışıqlar gedirdi. Axır ki, Gəncə təmsilçisi həm futbolçunu, həm də paytaxt klubunu razı sala bilib.

Qış transfer dönəmində R.Cəfərov icarə əsasında “sarı-göylər”də çıxış edəcək. 22 yaşlı qolkiperlə mövsüm sonuna qədər müqavilə bağlanacaq.

saytlarin hazirlanmasi

Избранный
5
3
sportal.az

4Источники