Bakı. Trend:
1995-ci ildən başlayaraq Azərbaycanda əvvəlki hakimiyyətlərindövründə dərinləşən tənəzzül inkişafla əvəz olundu.
Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünküplenar iclasında çıxışı zamanı deyib.
“1996-2002-ci illərdə ÜDM 71 % artdı. Bu müddətdə kəndtəsərrüfatında 40.3 %, nəqliyyat və rabitədə 4,2 dəfə, tikintidə 5dəfə və ticarətdə isə 1,9 dəfə artım qeydə alındı”, - deyə obildirib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin 22illik prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çoxböyüyüb.
“Son 22 ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 dəfə,xərcləri isə 18 dəfə artıb. Bu müddətdə dövlət büdcəsinin gəlirləri30 dəfə artıb. Azərbaycan üçün kifayət qədər vacib olan stratejivalyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 80 milyarddollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadiislahatların dərinləşməsi ilə daha da möhkəmlənməkdədir”.
Deputat bildirib ki, yeni dövrün yeni hədəfləri Azərbaycaniqtisadiyyatı üçün vacib imkanlar deməkdir.
“Yeni hədəflər kontekstində Azərbaycan iqtisadiyyatındaislahatların dərinləşməsi, o cümlədən rəqabətin gücləndirilməsi,investisiya mühitinin daha da yaxşılaşdırılması, gizliiqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirlərimüşahidə edəcəyik. Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycan yeni uğurlara imza ataraq inkişaf dinamikasını daha dagücləndirəcək”, - deyə V.Bayramov fikrini yekunlaşdırıb.