RU

Vəhşi qaban supermarketə HÜCUM ETDİ – VİDEO

Fransada vəhşi qaban qapını sındıraraq supermarketə girib.

İnterpress.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Fransanın cənub-qərbində, Jironda departamentində qeyri-adi hadisə baş verib. Qaban supermarketə daxil olub və bunu sözün əsl mənasında qapını sındıraraq edib.

Hadisə zamanı heyvan əvvəlcə mağazanın balıq məhsulları satılan şöbəsinə tərəf qaçıb, orada bir müddət qaçaraq panika yaradıb. Daha sonra donuz ehtiyat çıxışı taparaq binadan çıxıb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb, amma mağazaya maddi ziyan dəyib.

Yerli sakinlər hadisəni “əhvalat kimi maraqlı, amma bir az qorxulu” adlandırıblar.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
12
interpress.az

1Источники