RU

Elxan Cəfərov: "İndi danışmaq yox, işləmək vaxtıdır"

Kino Agentliyinin Baş direktorunun müşaviri, Əməkdar İncəsənət xadimi Elxan Cəfərov Publika.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Elxan müəllim, son illərdə Kino Agentliyinin fəaliyyəti nəticəsində kino sahəsində hansı nəticələrə nail olunub?

– Son üç ildə dövlət sifarişi ilə ümumilikdə 71 film layihəsinin istehsalına başlanılıb. Onlardan 21-i tammetrajlı bədii, 15-i sənədli və bədii-sənədli, 26-sı qısametrajlı, 8-i animasiya, biri isə çoxseriyalı bədii filmdir. Bu günə qədər 41 film artıq tamamlanıb və təhvil verilib, 30 layihə isə istehsalatdadır. Ümumilikdə, kino istehsalına 21 milyon manatdan çox vəsait ayrılıb. Bu, Azərbaycan kinosu üçün kifayət qədər ciddi göstəricidir.

– Dövlət maliyyələşməsi sistemində hansı yeniliklər baş verib?

Избранный
2
2
publika.az

3Источники