RU

Konqonun dirçəlişi Afrikada yeni dövrün başlanğıcı olacaq - Jurnalist

BAKI,TurkicWorld

Konqo dirçəlişi Afrikada yeni dövrün başlanğıcı olacaq

TurkicWorld xəbər verir ki, bunu "Musulmans en France" portalının təsisçisi, jurnalist Cin Mişel Brun "Belçika müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Konqo Demokratik Respublikası coğrafi mövqeyinə və zəngin təbii ehtiyatlarına görə Afrikanın açar ölkələrindən biridir:

"Bu amil ölkənin bir vaxtlar müstəmləkə hökmranlığı altına düşməsini izah edir. Konqo Demokratik Respublikasının dirçəlişi bütün Afrikanın yeni bir eraya qədəm qoymasına səbəb olacaq. Kolonizasiya dəyişiklik arzusunda olan konqolulardan həyatlarını alsa da, yeni nəsil bu torpaqda yenidən işıq yandırmağa hazırlaşır. Konqonun oyanışı bütün qitənin oyanışı olacaq",- deyə jurnalist əlavə edib.

Избранный
9
2
turkic.world

3Источники