BAKI, 31 oktyabr. TELEQRAF
ABŞ senatoru Lindsi Qrem ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa etmək qərarını Rusiya lideri Vladimir Putinə cavab olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə “The Hill”ə müsahibəsində deyib.
“Ölkəmizi təhdid edirsiniz. Peşman olacaqsınız, - Qrem vurğulayıb.
Senator Rusiya prezidentinin amerikalı həmkarına yuxarıdan aşağı baxdığını qeyd edib.
Donald Tramp bundan əvvəl nüvə silahı sınaqlarının dərhal başlamasına göstəriş verib. ABŞ lideri sınaqların oxşar proqramları olan digər ölkələrlə bərabər əsasda aparılacağını açıqlayıb.