RU

Beyinə ən çox ziyan vuran zərərli qidalar açıqlandı

Elm adamları hər gün bu iki qida qrupundan əlavə bir porsiya istehlak edən insanların demans və Alzheimer kimi koqnitiv pozğunluqların inkişaf riskinin əhəmiyyətli dərəcədə artdığını aşkar ediblər.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2014-2020-ci illər arasında aparılan araşdırmada 55 və daha yuxarı yaşda olan 4750 ABŞ iştirakçısı araşdırılıb. İştirakçılar iki ildən bir koqnitiv testlərdən keçirdilər.

Son nəticədə 1363 nəfər koqnitiv pozğunluqdan əziyyət çəkib.

Hər gün əlavə bir porsiya çox işlənmiş ət istehlak edənlərdə risk 17 faiz artıb.

Hər gün əlavə olaraq şəkərli içkilər (kola, buzlu çay, meyvə ətirli içkilər və s.) istehlak edənlərdə risk 6 faiz artıb.

Избранный
22
manset.az

1Источники