Türkiyədə 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Gundem.az-ın məlumatına görə, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarəetmə Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 07:18-də Balıkesir vilayətinin Sındırqı bölgəsində baş verib. Zəlzələnin ocağı 12,9 kilometr dərinlikdə yerləşib.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat yoxdur.
 
                        