Bakı.Trend:
“Dövlət Bayraq” meydanının yaxınlığında yol-nəqliyyat hadisəsibaş verib.
Trend xəbər verir ki, oktyabrın 30-da 2002-ci təvəllüdlüSeyfulla Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalıavtomobillə hərəkət edərkən “Dövlət Bayraq” meydanının yaxınlığındapiyada 1988-ci il təvəllüdlü Vlada Axundovanı vurub.
Hadisə nəticəsində piyada aldığı xəsarətlər nəticəsində hadisəyerində ölüb.
Faktla bağlı Səbail rayon polis idarəsinin İstintaq şöbəsindəCM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.