RU

Türkiyənin məşhur Kızılcık şerbeti serialının aktrisasına sevgilisindən ağır zərbə

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialında üç mövsüm boyunca Leman obrazı ilə izləyicilərin böyük rəğbətini qazanan aktrisa Sevim Erdoğan yaşadığı şokedici hadisə ilə gündəmə gəlib.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Sevim Erdoğan 4 ildir münasibətdə olduğu Akın E. ilə ayrılmaq qərarına gəlib. Aktrisa ilə vidalaşmaq üçün onun evinə gələn Akın içki içərək yuxuya gedən Sevimin mobil telefondan onun bank hesabına daxil olub və 225 000 lirəni (9 min manatdan çox) öz hesabına köçürüb, mobil telefonu da oğurlayaraq gedib.

Sevim Erdoğan məhkəməyə müraciət edərək, sevgilisi barəsində şikayət ərizəsi verib.

"Akın son vaxtlar işləmirdi, dolanışığını təmin edə bilmədiyi üçün məndən daim pul istəyirdi. Hətta anamdan belə onun üçün borc pul almışam. O həmçinin qumar da oynayırdı. Hadisə baş verən gün vidalaşmaq üçün evdə görüşdük. Bir az spirtli içki içdik. Mən yuxuya getmişəm və bundan sonra o, razılığım olmadan 225 000 lirəmi öz hesabına köçürüb. Telefonumu da götürüb gedib", - deyə aktrisa bildirib.

Sevim Erdoğan hesabını blokladığı üçün pullar geri qaytarılıb, lakin o, yenə də şikayətini geri götürməyib.

Prokurorluq Akın E. barəsində "Bina daxilində mühafizə altına alınmış əşyaların oğurlanması" və "İnformasiya sistemlərindən istifadə edilməklə oğurluq" maddələri üzrə 5 ildən 10 ilə qədər həbs cəzası tələb edən ittiham aktı hazırlayıb.

İşə yaxın günlərdə İstanbul Birinci İnstansiya Cinayət Məhkəməsində baxılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
58
oxu.az

1Источники