RU

The Economist: Ukraynanın maliyyəsi fevrala qədər tükənə bilər

BAKI, 31 oktyabr. TELEQRAF

Ukrayna hakimiyyətinin maliyyəsi 2026 fevralına qədər tükənə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "The Economist" jurnalı məlumat yayıb.

Bildirilir ki, əgər Avropa tərəfdaşları Ukraynanı maliyyələşdirməyin yollarını tapmasa, ölkənin pul ehtiyatları 2026-cı ilin fevralında tükənə bilər.

Jurnala görə, Ukraynanın hərbi xərcləri 2025-ci ildə 100-110 milyard dollar təşkil edəcək ki, bu da ölkənin ÜDM-inin yarısına bərabərdir.

The Economist qeyd edir ki, Ukraynanın maliyyələşməsinin üç əsas mənbəyi olar ABŞ-dən maliyyələşmə məhdudlaşır. Jurnal vurğulayır ki, Avropa son maliyyə mənbəyi olaraq qalır və liderləri Ukraynanı dəstəkləməyə çağırır. Avropanın belə addımlar atması tarixi fürsət yaradaraq, Rusiyaya qarşı güc balansını dəyişə və ABŞ-dən hərbi və maliyyə baxımından asılılığı azaltmağa imkan verə bilər.

Избранный
60
3
teleqraf.com

2Источники