34 yaşlı UFC-nin keçmiş yüngül çəkidə çempionu, rusiyalı İslam Mahaçev Nyu-York şəhərində mənzil kirayəsinin qiyməti barədə danışıb.
İdman.Biz bildirir ki, Mahaçev bu şəhərdə “UFC 322” turnirinə hazırlaşır.
“Bu evin sahibləri, yəqin ki, ildə cəmi bir ay orada yaşayırlar. Qalan vaxtlarını kirayəyə verirlər. Bizim kimi insanlar, yəqin ki, bir neçə həftəyə gəlib onlardan kirayə götürürlər. Düzünü desəm, kirayə haqqı çox bahadır. Dünyanın heç bir yerində kirayə haqqının bu qədər baha olduğunu görməmişəm. Bir Kaliforniyada bahadır, bir də burada”, - Mahaçev özünün Telegram kanalında bildirib.
“UFC 322” 15-16 noyabr gecəsi Nyu-York şəhərindəki “Madison Square Garden”də keçiriləcək. Mahaçev axşamın əsas yarışında mübarizə aparacaq. Rusiyalı titul uğrunda avstraliyalı Cek Della Maddalena ilə qarşılaşacaq. Onlar yarımorta çəkinin (77 kq-a qədər) kəməri uğrunda döyüşəcəklər.
 
                        