RU

III Çarlz qardaşını şahzadə titulundan məhrum etdi

BAKI, 31 oktyabr. TELEQRAF

Böyük Britaniya kralı III Çarlz qardaşı şahzadə Endryu rəsmi olaraqtitulundan məhrum edib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı Bukingem sarayı yayıb.

Açıqlamaya görə, kral Endryunun rəsmi titul və imtiyazlarını ləğv etmək proseduruna başlayıb. Həmçinin, ona Vindsor qəsrindəki “Royal Lodge” rezidensiyasını tərk etməsi barədə bildiriş təqdim olunub.

Artıq kralın qardaşı Endryu Mountbatten-Vindzor adı ilə tanınacaq. BBC-nin məlumatına görə, o, Norfolk qraflığındakı Sandrinhem malikanəsinə köçəcək və yaşayış xərcləri şəxsi olaraq kral tərəfindən ödəniləcək.

Избранный
32
teleqraf.com

1Источники