ABŞ-də federal hökumətin bağlanmasından sonra Nyu-York qubernatoru Keti Hokul fövqəladə vəziyyət elan edib.
"Unikal" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, ehtiyacı olanlar üçün ərzaq talonu proqramı hazırlanacaq.
Qubernator həmçinin təcili ərzaq yardımı üçün əlavə 65 milyon dollar maliyyələşdirmə elan edib.
 
                        