RU

Nepalda nəhəng qar uçqunu turistlərin düşərgəsini basdı - VİDEO

Nepalda baş verən nəhəng qar uçqunu turistlərin yerləşdiyi düşərgəni bürüyüb.

Musavat.com xəbər verir ki, hadisə 26 oktyabrda dağın dik yamacında baş verib. Qoparaq aşağıya doğru hərəkət edən böyük qar kütləsi saniyələr içində turistlərin çadır düşərgəsini tamamilə örtüb.

Görüntülərdə çadırların qardan itməsi və ərazidə görünüşün demək olar ki, sıfıra enməsi əks olunub.

Hadisənin miqyasına baxmayaraq, xəsarət alan olmayıb. Yerli xilasedicilər hadisə yerində vəziyyəti nəzarətə götürüblər və turistlər təhlükəsiz əraziyə köçürülüblər. 

 

Musavat.com

Избранный
23
musavat.com

1Источники