RU

Əfqanıstan və Pakistan dövlət başçıları İstanbulda görüşəcək

Əfqanıstan və Pakistan sərhəd danışıqlarını davam etdirmək və 6 noyabrda İstanbulda yeni görüş keçirmək barədə razılığa gəliblər.

Musavat.com  xəbər verir ki, məlumat Türkiyə Xarici İşlər Nazirliyinin Türkiyə və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlardan sonra yayımladığı bəyanatda yer alıb: "Əfqanıstan, Pakistan, Türkiyə və Qətər 18-19 oktyabr 2025-ci il tarixlərində Dohada Əfqanıstan və Pakistan arasında razılaşdırılmış atəşkəsi gücləndirmək üçün 25-30 oktyabr tarixlərində İstanbulda görüş keçiriblər. Bütün tərəflər atəşkəsi davam etdirmək barədə razılığa gəliblər. Əlavə icra şərtləri 6 noyabrda İstanbulda keçiriləcək liderlərin görüşündə müzakirə olunacaq və müəyyən ediləcək".

 

Musavat.com

Избранный
11
2
musavat.com

3Источники