RU

Kral III Çarlz qardaşını “şahzadə” titulundan da məhrum etdi

İngiltərə kralının qardaşı Şahzadə Endryu "Şahzadə" titulundan da məhrum ediləcək.

Musavat.com xəbər verir ki, bu, Bukinqem sarayının yaydığı bəyanatda qeyd edilib. Bildirilir ki, o, Vindzor qəsrindəki kral mənzillərini tərk etməyə məcbur ediləcək.

Kral ofisi bildirib ki, "Əlahəzrət III Çarlz bu gün Şahzadə Endryunu rəsmi müraciət formasından, titulundan və fəxri adlarından məhrum etmək üçün rəsmi prosedurlara başlayıb".

Şahzadə Endryuya həmçinin Kral Lojasının icarə müqaviləsini "rəsmi olaraq ləğv edilməsi barədə bildiriş göndərildiyi" və onun "başqa şəxsi yaşayış yerinə köçəcəyi" qeyd olunur.

Sky News-un məlumatına görə, monarxın qardaşı bundan sonra Endryu Mauntbetten Vindzor kimi tanınacaq. BBC onun Norfolkdakı Sandrinqem Kral Mülkünə köçəcəyini və yaşayış xərclərini kralın öz şəxsi vəsaitləri hesabına ödəyəcəyini deyir.

Qeyd edək ki, Şahzadə Endryu bir qədər əvvəl uşaqbazlığa görə həbs olunmuş amerikalı maliyyəçi Ceffri Epşteyn ilə əlaqələri səbəbindən York Hersoqu titulundan imtina edəcəyini açıqlamışdı. Lakin o, Kraliça II Yelizavetanın (1926-2022) oğlu olduğuna görə şahzadə olaraq qalmışdı. İndi isə Kral onu bu titulundan da məhrum edib.

 

Musavat.com

Избранный
20
1
musavat.com

2Источники