Binə qəsəbəsi ərazisində yerləşən zibil poliqonu sakinlərin narazılığına səbəb olub. Sakinlər bildirirlər ki, ərazi Binə Agronun yaxınlığında yerləşir və vəziyyət çox bərbaddır. Onlar ərazinin təcili şəkildə təmizlənməsini tələb edirlər.
NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, Xəzər Rayon İcra Hakimiyyəti, bələdiyyə və digər aidiyyəti qurumlar ərazidəki yol və zibillik məsələsinə laqeyd yanaşır. “Sakinləri belə yaşamağa məcbur edə bilməzsiniz,” – deyə ərazidə yaşayanlar vurğulayıblar.
Məsələ sosial şəbəkələrdə də müzakirələrə səbəb olub və əhali daha operativ tədbirlərin görülməsini tələb edir.
 
                        