RU

“Tarixi nailiyyətlər üzərində indi çox düşünmürəm”

"El Klasiko"da “Barselona” səfərdə “Real”a 1:2 hesabı ilə məğlub olsa da, qapıçı Voyçex Şesni matçda Kilian Mbappenin penalti zərbəsini dəf etməklə gündəmə gəlib.

 90deqiqe.Az-ın məlumatına görə, polşalı qapıçı “Barselona”nın YouTube kanalına müsahibəsində deyib:

“Gözəl siyahıdır, amma indi bunun üzərində çox düşünmürəm. Ola bilsin, yaşım artanda bunu daha yaxşı qiymətləndirəcəyəm.”

Qapıçı həmçinin açıqlayıb ki, matç öncəsi rəqiblərin penaltilərini diqqətlə öyrənir:

“Rəqibləri analiz edirəm, son 20 penalti zərbəsini izləyirəm – necə vurduqlarını, tempini və davranışlarını. ‘El Klasiko’ öncəsi Mbappenin vuruşlarını öyrəndim və eyni yerə tullandım, zərbəsini dəf etdim.”

Qeyd edək ki, Şesni indi Messi, Mbappe və Neymarın penaltilərini dəf edən yeganə qapıçıdır. “Barselona” növbəti matçını 2 noyabrda “Elçe”yə qarşı keçirəcək.

Избранный
34
90deqiqe.az

1Источники