RU

“Bavariya” “Feyenoord”un müdafiəçisi ilə danışıqlara başlayıb

“Bavariya” “Feyenoord”dan Civeyro Ridin transferi üzərində işləyir.

İdman.Biz-in məlumatına görə, jurnalist Florian Plettenberq bildirir ki, Münhen klubu Niderland U-21 millisinin müdafiəçisi ilə müqavilə imzalamaq üçün danışıqlara başlayıb.

Rid “Bavariya”nın müdafiəçi mövqeyinə əsas namizədlərindən biri hesab olunur.

Qeyd olunur ki, “Bavaria” Ridə görə bir neçə Premyer Liqa klubu ilə “ciddi rəqabət”lə üzləşir. 19 yaşlı futbolçunun “Feyenoord”la müqaviləsi 2029-cu ilə qədərdir.

Civeyro Rid 2025/26 mövsümündə doqquz Erediviziya matçında iki məhsuldar ötürmə edib.

İdman.Biz

Избранный
36
idman.biz

1Источники