RU

Pol Skouls oğluna vaxt ayırmaq üçün televiziyaya vida etdi

“Mançester Yunayted” keçmiş ulduzu Pol Skouls ekspert kimi işlədiyi televiziya işinə son qoyub.

90deqiqe.Az xəbər verir ki, 50 yaşlı sabiq futbolçu bu addımı daha çox vaxtını autizm diaqnozu qoyulmuş oğlu ilə keçirmək üçün atıb.

“Bu qərarı Aiden üçün verdim. Onun gündəlik rejiminə ciddi riayət edirəm”, — deyə Skouls açıqlayıb.

Futbolçu kimi Skouls bütün karyerasını “Mançester Yunayted”də keçirib. O, 716 rəsmi oyunda 155 qol vurub və 82 məhsuldar ötürmə edib. İngiltərə millisində isə 66 oyunla yadda qalıb.

Избранный
17
90deqiqe.az

1Источники