Suraxanı rayonu, Hövsan QTM-də aşkar edilmiş qaz sızmasının aradan qaldırılması ilə 31.10.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
“Hakimiyyet.az ” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir işləri başa çatdırılıb.
“Bu müddət ərzində Hövsan şəhərciyi və Hövsan Bağlar yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, - deyə məlumatda qeyd edilib.